Sky News-un məlumatına görə, ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsini bitirmək niyyətinə baxmayaraq, döyüşlərin intensivliyində azalma müşahidə olunmur. Nəşr yazır ki, bu vəziyyət Rusiya Prezidenti Vladimir Putinin sülhə ümid etmədiyini və hərbi əməliyyatları zəiflətmək niyyətində olmadığını göstərir.
KONKRET.az-ın xəbərinə görə, ölkənin hərbi vəziyyətə keçməsi böyük resurslar tələb edir.
Belə ki, əhalinin səfərbərliyi, büdcənin ordunun xeyrinə yenidən bölüşdürülməsi və sənayenin silah istehsalına yönəldilməsi milyonlarla vəsait deməkdir. Lakin döyüşlər dayandıqdan sonra əvvəlki vəziyyətə dönüş də ciddi səy tələb edir. Buna görə də Rusiyanın hərbi gücünü azaltmaq istəməməsi yeni hücumlara hazırlaşdığını göstərir.
Sky News-un təhlilinə görə, Rusiyanın tam məğlubiyyəti yalnız Ağ Evin mövqeyinin dəyişməsi və Qərbin hərbi dəstəyinin artırılması ilə mümkün ola bilər. Ukrayna üçün ən optimal yol isə hazırkı cəbhə xətti boyunca atəşkəsin əldə olunması və ABŞ ilə Avropanın təhlükəsizlik zəmanətləri əsasında sülh danışıqlarına başlanmasıdır.
Müşviq Tofiqoğlu
KONKRET.az