Hindistan "Apple" və digər smartfon istehsalçılarını ölkədə satılan bütün cihazlarda GPS yerləşmə xidmətlərini daima açıq saxlamağa məcbur edəcək bir tənzimləməni gündəmə gətirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Sözügedən tənzimləmə qüvvəyə minərsə, GPS-i söndürmək mümkün olmayacaq.
Bu vəziyyət, istifadəçilərin məxfiliyi üzərindəki təsirləri səbəbilə müzakirələrə yol açıb.
Mövcud sistemdə smartfonlarda GPS yalnız tətbiqlər yer məlumatı istədikdə və ya təcili zəng edildikdə işə düşür.
Bildirilib ki, rəsmilərin hədəfi peyk dəstəkləli GPS vasitəsilə metr dəqiqliyində yer təyini təmin edərək hüquq-mühafizə orqanlarının işini və təcili müdaxilə imkanlarını gücləndirməkdir.