AZ

“Qarabağ” oyunu öncəsi “Ayaks”da ciddi itkilər

“Qarabağ” UEFA Çempionlar Liqası növbəti turunda “Ayaks”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, Niderland təmsilçisi görüşə itkilərlə çıxacaq. Yarımmüdafiəçi Steven Berqeys, Makkonnell Ceyms və müdaiəçi Josip Şutalo bu matçda forma geyinə bilməyəcək.

Adıçəkilən üç futbolçu da “Ayaks”ın ölkə çempionatındakı son oyununda forma geyinməyib.

Xatırladaq ki, “Qarabağ” – “Ayaks” görüşü sabah Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Seçilən
66
idmanxeber.az

1Mənbələr