Bakı. Trend:
Mədəni və Kreativ Sənayelər Forumunun (MYFORUM) “İƏT MədəniyyətFestivalı: Bakı Yaradıcı Həftə - 2025” çərçivəsində “GameTech”proqramı platformasında İƏT ölkələrində oyun sənayesinin inkişafınahəsr olunmuş GHUB panel sessiyası keçirilib.
Trend xəbər verirki, diskussiya sessiyası cari tendensiyaların təhlili və beynəlxalqəməkdaşlıq perspektivlərinin müzakirəsi üçün bir platforma olub.
Panel müzakirələrində Azərbaycan, Qazaxıstan, Özbəkistan vəTürkiyə ekspertləri iştirak ediblər və hər biri öz ölkəsinin oyunekosisteminə dair ətraflı təqdimatla çıxış edib. Spikerlər bazarınvəziyyəti, inkişafın yeni mərhələləri, dövlət dəstəyi tədbirləri,həmçinin özəl sektorun artıq müasir sənaye trendləriniformalaşdıran təşəbbüsləri barədə məlumat veriblər.
İştirakçılar xüsusilə əməkdaşlıq məsələlərinə diqqət yetiriblər.Görüşdə birgə layihə qruplarının yaradılması, klaster modellərininqurulması və regional təcrübə mübadiləsinin genişləndirilməsiideyaları müzakirə olunub. Ekspertlər uğurlu təşəbbüslərə konkretnümunələr gətirərək, bu təcrübələrin İƏT-in müxtəlif ölkələrinənecə uyğunlaşdırıla biləcəyini müzakirə ediblər.
Eyni zamanda, oyun sənayesi üçün kadr hazırlığına yönəlmiştəhsil proqramları və yeni yanaşmalar da gündəmə gətirilib – bu,sahənin davamlı inkişafı üçün əsas amillərdən biri hesab olunur.Spikerlər qeyd ediblər ki, gənclərin oyun inkişafına marağı artırvə bu, müasir məktəblərə, akseleratorlara və inkubatorlara tələbyaradır.
Diskussiyalar zamanı iştirakçılar oyun sahəsində əməkdaşlığıngenişləndirilməsi üçün hansı addımların atılmasının zəruri olduğunuümumi şəkildə müəyyənləşdiriblər. GHUB paneli yalnız bilikmübadiləsi üçün bir məkan olmaqla kifayətlənməyib, həm də İƏTölkələrinin qlobal oyun xəritəsində mövqelərini gücləndirəcəkgələcək birgə təşəbbüslərin başlanğıc nöqtəsi olub.