AZ

Mirəli Kazımov: "Platforma təkliflərin real icrasına imkan yaradır"

Dövlət - Özəl Sektor- QHT Platforması çərçivəsində keçirilən Forumun I panelində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi müavini Mirəli Kazımov çıxış edib.

QHT.az xəbər verir ki, o çıxışında o bildirib ki, bu kimi tədbirlər sektorlar arasında effektiv kommunikasiya, məlumat mübadiləsi və təkliflərin praktik icrası üçün mühüm imkan yaradır. Qeyd olunub ki, iqtisadiyyatın gücləndirilməsi ölkənin iqtisadi təhlükəsizliyinin və milli təhlükəsizliyin əsas tərkib hissəsidir.

"Platforma 2024-cü ilin sonunda müzakirə formatında təqdim olunub və 2025-ci il ərzində 5–6 tədbir keçirilib, nəticədə müxtəlif sahələr üzrə təkliflər toplanaraq dövlət qurumlarında müzakirəyə çıxarılıb və icraya yönəldilib. Hər bir dövlət qurumunda İctimai Şuraların yaradılması Prezidentin müəyyən etdiyi siyasətin tərkib hissəsidir və dövlət–ictimaiyyət birliyi ölkənin inkişafına xidmət edir".

Sonda Mirəli Kazımov tədbir iştirakçılarını daha fəal olmağa çağırıb, qarşıdan gələn Həmrəylik Günü münasibətilə hər kəsi təbrik edərək milli birliyin vacibliyini vurğulayıb.

Seçilən
13
qht.az

1Mənbələr