AZ

Səfir: ABŞ İrəvan-Bakı sülh prosesinə tam dəstək verir

BAKI, 9 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın "uzaqgörən liderliyi" sayəsində Vaşinqton, Ermənistan və Azərbaycan arasında ikitərəfli münasibətlər və regional sabitlik istiqamətində son bir ildə əhəmiyyətli irəliləyiş əldə olunub.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn bildirib.

Səfirin sözlərinə görə, avqustun 8-də keçirilən sammit zamanı Donald Tramp Ermənistan Baş naziri Nikol Paşinyanı və Azərbaycan Prezidenti İlham Əliyevi qəbul edib və bu görüş tərəflər arasında münasibətlərdə dönüş nöqtəsi olub:

"Cəsarətli və yaradıcı diplomatiya sayəsində illərlə həllini tapmayan məsələlərin aradan qaldırılması istiqamətində tərəflər arasında ciddi nəticələr əldə olunub. Avqustun 8-də Ermənistan və Azərbaycan sülh sazişinin əvvəlcədən razılaşdırılmış mətnini paraflayıb. ABŞ bu sənədin imzalanmasını və ratifikasiyasını tam dəstəkləyir və prosesə dəstəyini davam etdirəcək".

K. Kuinn əlavə edib ki, sammit çərçivəsində "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" adlı təşəbbüs formalaşdırılıb və bu layihə Ermənistanın qlobal bazarlara çıxışını genişləndirəcək, ticarət marşrutlarını açacaq və ölkəyə yeni tərəfdaşlar seçmək imkanları yaradacaq.

Seçilən
119
teleqraf.com

1Mənbələr