Bakı. Trend:
Moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınması tələbolunacaq və mopedlər dövlət qeydiyyatına alınaraq uçotagötürüləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsibarədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, moped kiçik elektrik nəqliyyatvasitələri istisna olmaqla elektrik mühərriki olan və ya iş həcmi50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən vəmaksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayaniki və ya üç təkərli nəqliyyat vasitəsidir.
Buqanunun 27, 29, 33, 34 və 37-ci maddələrinin tələbləri istisnaolmaqla asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digərnəqliyyat vasitələri də mopedlərə bərabər tutulacaq.
Həmçinin, Azərbaycan ərazisində bütün mexaniki nəqliyyatvasitələri və onların qoşquları, habelə mopedlərbu qanunla və bu qanuna uyğun olaraq müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi əsasnaməilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçotaalınacaq.
Bundan əlavə, Azərbaycan ərazisindəki yollardamopedi idarəetmə hüququ "A1" kateqoriyalısürücülük vəsiqəsi əsasında həyata keçiriləcək.
Bundan əlavə, asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətlidigər nəqliyyat vasitələri (mopedlər istisnaolmaqla) yalnız yolun sağ kənar zolağında, yol nişanlarıvə ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədərsağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər.
Asma mühərrikli velosiped və oxşar xüsusiyyətli digər nəqliyyatvasitəsi (moped istisna olmaqla) sürücülərinə asmamühərrikli velosiped və ya oxşar xüsusiyyətli digər nəqliyyatvasitələri (mopedlər istisna olmaqla) ilə birgəistismar üçün nəzərdə tutulan qoşqunun yedəyə alınması istisnaolmaqla asma mühərrikli velosipedləri və oxşar xüsusiyyətli digərnəqliyyat vasitələrini (mopedlər istisna olmaqla),eləcə də həmin nəqliyyat vasitələri ilə yedəyə almaq qadağanediləcək.
Mopedlər yol nişanları və ya yol nişanlanmasının tələblərinəriayət etməklə mümkün qədər yolun sağ kənar zolağında hərəkətetməlidirlər. Bu qanunun 37-ci maddəsinin I və IV hissələri, Vhissəsinin 2-4-cü bəndləri, VI hissəsinin 2-ci bəndində nəzərdətutulmuş tələblər moped sürücülərinə də şamil ediləcək.
Bununla yanaşı, motosikletin və mopedin uzunu ve ya eni üzrəqabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti,mopedi idarə etməyə mane olan yük aparmaq qadağan ediləcək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.