AZ

Çin şirkəti Özbəkistanda ŞƏHƏR TİKİR

Yazını böyüt
Yazını kiçilt

Özbəkistanın Namanqan vilayətində yerləşən Yeni Namanqan şəhərində 750 milyon dollarlıq Namanqan Çin Şəhərciyi yaşayış və biznes mərkəzinin tikintisinə başlanılıb.

Hafta.az-ın yazdığına görə, Namanqan Regional Hakimiyyətinin rəhbəri Şavkatjon Abdurazakov və Cianqsu Tonke Daşınmaz Əmlak Şirkətinin prezidenti Yanq Bo açılış lentini kəsərək layihənin təməl daşını qoyublar.

Məlumata görə, kompleks yaşayış sahələrini, biznes mərkəzlərini, otelləri, ticarət və əyləncə zonalarını əhatə edəcək.

Oktyabrda regional administrasiya Namanqan Çin Şəhərciyinin 84 hektar ərazidə yerləşəcəyini və digər şəhər əraziləri ilə inteqrasiya olunacağını elan edib. Bildirilir ki, layihə yaşayış, iş və istirahət üçün əlverişli olan müasir bir şəhər kompleksi olacaq.

Xatırladaq ki, TK China Town Namangan şirkəti yanvarın 9-da 500 milyon sum nizamnamə kapitalı ilə qeydiyyata alınıb və təsisçisi Yan Bo 100 faiz paya sahibdir. O, həmçinin 2017-ci ildən bəri müxtəlif vaxtlarda Özbəkistanda qeydiyyatdan keçmiş China Mining, China Sunpower, GK-CN Hydropower, Haichuan International, Namangan Zamonaviy Uylari, China Park House və Yiwu Trans Textile şirkətlərində də paya sahibdir.

Seçilən
3
hafta.az

1Mənbələr