Ehtiyac meyarının Azərbaycanda tətbiqinin yalnız bir məqsədi var. Bu da əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımlarının təyin edilməsidir.
Bu məqsədlə hər il ehtiyac meyarı müəyyən olunur və müvafiq olaraq əhaliyə ünvanlı yardım təyin edilir. Lakin nəzərə almalıyıq ki, bizdə yaşayış minimumu anlayışından da istifadə olunur.
Minimum istehlak səbətinin dəyəri ilə icbari ödənişlərin cəmi yaşayış minimumunu təşkil edir. Əslində yaşayış minimumunun qəbulu və məbləği əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minumuna uyğun yardımların təyin olunması üçün kifayət edir”.
YAŞAYIŞ MİNİMUMU
EKSPERTLƏR BELƏ DÜŞÜNÜR Kİ, yaşayış minimumunun tətbiqi ünvanlı dövlət sosial yardımlarının təyin olunmasında daha ədalətli ola bilər .
Dünyanın bir çox ölkələrində, istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə ehtiyac meyarı anlayışından ümumiyyətlə istifadə olunmur.
İstisna deyil ki, nisbətən zəif inkişaf etmiş və sosial yardıma ehtiyacı olanların sayının çox olduğu ölkələrdə bunun üçün hansısa meyar elan olunub. Ancaq ümumilikdə götürsək, müasir dünyada həm, İEÖ, həm də İEOÖ-də ehtiyac meyarından daha çox, minimum istehlak səbəti və yaşayış minimumu anlayışlarına yer verilirdiyi söylənilir.
İstənilən halda yaşayış minimumunun gələcəkdə ehtiyac meyarının yerinə təbiq olunması daha məntiqlidir və bununla bağlı hər hansı problem görünmür. Əksinə, bu halda yaşayış minimumu ehtiyac meyarından daha yüksək olacağı bildirilir.