AZ

400-ə yaxın məktəbə metodik dəstək verilir -

"Metodistlər sertifikat imtahanında yüksək bal toplayan müəllimlərdən seçilirlər. Ümumilikdə, təxminən, 5 000 müraciət daxil olub. Bakı şəhəri üzrə böyük aparıcı metodist komandası yaradılıb. Bəzi regionlarda da bu komandalar formalaşıb, ancaq hələ görüləsi işlər var".

Missiya.Az xəbər verir ki, bu fikirləri "Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar" adlı elmi-praktiki beynəlxalq konfransda elm və təhsil nazirinin müavini, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev deyib.

O qeyd edib ki, 400-ə yaxın məktəbə metodik dəstək verilir:

"Metodistlərin ən vacib işlərindən biri məktəbdə qarşılıqlı öyrənmə mühitinin təşkilidir. Yəni birgə öyrənmə mühitinin yaradılmasıdır. Bizim metodistlərdən gözlədiyimiz ən vacib məqamlardan biri məhz budur. Seçilmiş namizədlər 108 saatlıq metodist hazırlığı təliminə cəlb olunub, mütəmadi seminar və peşəkar müzakirələrdən keçiblər. Nəticədə 325 metodist və 22 aparıcı metodist formalaşdırılıb və müxtəlif istiqamətlər üzrə müəllimlərə dəstək göstərməyə başlayıblar. 325 metodist kifayət qədər məvaciblə təmin edilib".

Seçilən
64
missiya.az

1Mənbələr