"Fransa 7 dekabr çevrilişinin yatırılmasında Benin hakimiyyətinə kömək edib".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Jeune Afrique" jurnalı mənbələrə istinadən yazır.
Qeyd edilib ki, Paris vəziyyəti izləmək üçün Afrika ölkəsinə xüsusi təyinatlılar və kəşfiyyat təyyarəsi göndərib.
Nəşrin yazdığına görə, Fransa prezidenti Emmanuel Makron dekabrın 7-də səhər saatlarından bəri Benində baş verən hadisələrlə bağlı məlumatlandırılıb. Həmin gün o, Benin prezidenti Patris Talon ilə telefonla danışıb və ona Fransanın xüsusi təyinatlı qüvvələrinin çevriliş cəhdinin başladığı Beninin iqtisadi paytaxtı Kotonuda döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirib. Fransız kəşfiyyat orqanları da Benin hakimiyyətinə dəstək verib. Konkret olaraq, Fransanın kəşfiyyat təyyarəsi gün ərzində bir neçə dəfə Kotonu üzərində uçub.
Nəşrin məlumatına görə, Fransa lideri Nigeriya prezidenti Bole Tinubudan vəziyyəti sabitləşdirmək üçün Beninə qoşun yeritməyi də xahiş edib.