BAKI, 9 dekabr. TELEQRAF
İtaliyanın "Milan" klubu ciddi itki ilə üzləşib.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, "rossoneri"lərin portuqaliyalı hücumçusu Rafael Leau sıradan çıxıb.
O, İtaliya A Seriyasının XIV turu çərçivəsində səfərdə "Torino"nu 3:2 hesabı ilə məğlub etdikləri oyunun 31-ci dəqiqəsində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb.
Leaunun sağ budundan xəsarət aldığı bildirilir. Onun durumu tibbi müayinədən sonra bilinəcək.
Qeyd edək ki, Rafael Leau cari mövsüm ərzində keçirdiyi 12 oyunda 6 qol və 1 məhsuldar ötürmə müəllifi olub.