AZ

Elnur Əliyev: Metodik xidmət yeni, müasir və daha səmərəli model əsasında qurulmalıdır

Bakı, 9 dekabr, AZƏRTAC

Ölkənin uzun illər fəaliyyət göstərən metodik kabinetləri məktəblərə effektiv metodik dəstək göstərməkdə çətinlik çəkirdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

O qeyd edib ki, 2022-ci ildə aparılan araşdırmalar mövcud strukturun müasir metodik xidmət qurmağa imkan vermədiyini göstərib və yeni modelə ciddi ehtiyac yaranıb. Müşavir əlavə edib ki, məktəblərdə ictimai əsaslarla fəaliyyət göstərən fənn metodbirləşmə rəhbərlərinin işi də araşdırılıb və onların əksəriyyətinin bu vəzifəni formal şəkildə icra etdiyi müəyyən olunub. Monitorinq aparılan 30-a yaxın məktəbdə rəhbərlər bu işi əsasən direktorun xahişi ilə üzərlərinə götürdüklərini bildiriblər.

Elnur Əliyevin sözlərinə görə, bütün bu nəticələr ölkədə metodik xidmətin yeni, müasir və daha səmərəli model əsasında qurulmasını zəruri edib.

 

Seçilən
27
1
azertag.az

2Mənbələr