AZ

Türkiyə və Macarıstan bu məsələdə RAZILIĞA GƏLDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan   Macarıstan Baş naziri Viktor Orbanı qəbul edib. Vətəninfo.az xəbər verir ki, bu görüşdə mühüm razılaşmalar əldə edilib.

Türkiyə prezidenti Ərdoğan iqtisadi əməkdaşlıqdan da danışaraq bildirib: “Cənab Orbanla müəyyən etdiyimiz 6 milyard dollarlıq ticarət həcmi hədəfimizə çatmağa yaxınıq. Aramızdakı güclü ticarət potensialını nəzərə alaraq, hədəfimizi 10 milyard dollara çatdırmağı müzakirə etdik. Biz mövcud iqtisadi və ticarət mexanizmlərini ən səmərəli şəkildə işlətməyə razılaşdıq.”

Prezident strateji əhəmiyyətli sahələrdən enerji və nəqliyyatı xüsusi qeyd edib. O, həmçinin 2025-ci ildə Türkiyə-Macarıstan Elm və İnnovasiya İli çərçivəsində 28 ortaq layihə həyata keçirdiklərini və layihələrə vəsait ayırdıqlarını vurğulayıb.

Ərdoğan, Macarıstanın Avropa İttifaqı çərçivəsində strateji hədəflərə konstruktiv töhfələrini davam etdirəcəyinə əmin olduğunu bildirib və Ukraynada davam edən müharibədə ədalətli və davamlı sülhün bərqərar olması üçün diplomatik səylərin davam etdiriləcəyini qeyd edib.

Seçilən
20
veteninfo.az

1Mənbələr