Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində təşkil olunan Forum öz işinə başlayıb. Forumun I paneli “2025-ci ilin yekunları: Dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarının ümumi fəaliyyəti” mövzusuna həsr olunub.
QHT.az xəbər verir ki, Panel çərçivəsində 2025-ci il üzrə üç əsas sektorun fəaliyyəti, əldə olunan nəticələr, mövcud imkanlar və qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr aparılır.
Müzakirə olunan əsas mövzular aşağıdakılardır:
- Dövlət qurumlarının 2025-ci ildə sosial, iqtisadi və ictimai sahələr üzrə fəaliyyətinin yekun icmalı
- Biznes sektorunda KSM (Korporativ Sosial Məsuliyyət), sosial investisiya və ictimai tərəfdaşlıq üzrə əldə olunan irəliləyişlər
- QHT sektorunda 2025-ci ilin nəticələri, görülmüş işlər və institusional inkişaf prosesi
- Dövlət–biznes–QHT üçtərəfli əməkdaşlığının 2025-ci il üzrə nəticələri və mövcud çətinliklərin təhlili
Forumda dövlət qurumlarının nümayəndələri, biznes strukturlarının rəhbərləri, ictimai sektor təmsilçiləri, ekspertlər və vətəndaş cəmiyyətinin fəal üzvləri iştirak edir. Tədbirin əsas məqsədi sektorlararası əməkdaşlığın gücləndirilməsi, əldə olunmuş təcrübənin paylaşılması və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir.