AZ

Axios: ABŞ Zelenskidən ərazi güzəştlərinə razılıq tələb edir

ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskiyə artan təzyiq göstərərək onu sülh planı çərçivəsində ərazi güzəştlərinə və digər imtiyazlara razı salmağa çalışır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.

Məqalədə bildirilir ki, bir neçə həftədir davam edən danışıqlardan sonra Ukrayna rəsmiləri ABŞ-nin təqdim etdiyi planın bəzi bəndlərinin Rusiya üçün daha sərfəli olduğunu hesab edirlər. Onlar bildirirlər ki, Vaşinqton Prezident Zelenskiyə, Kreml rəhbəri Vladimir Putinə nisbətən daha çox təzyiq göstərir.

Bununla belə, adı açıqlanmayan amerikalı rəsmilər bu iddiaları təkzib edərək bildiriblər ki, ABŞ eyni zamanda Rusiyaya da təzyiq edir ki, Moskva öz tələblərində yumşalsın.

Danışıqların əsas mövzuları isə bunlardır:

Rusiya tərəfinin Ukraynanın bütün Donbası (o cümlədən Rusiya tərəfindən işğal olunmayan hissələri də daxil olmaqla) təslim etməsi tələbini irəli sürməsi;

Ukraynanın isə gələcəkdə Rusiya təcavüzünün qarşısını almaq üçün ABŞ-dən etibarlı təhlükəsizlik təminatları istəməsi.

Seçilən
26
nocomment.az

1Mənbələr