ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasını nəzərə alaraq, Birləşmiş Ştatlar NATO-dan çıxa və Rusiya ilə yaxınlaşa bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
FT məqaləsində qeyd edir ki, ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyası dilemma yaradır: "Ya Aİ Tramp administrasiyasını narazı salan siyasətlərdən imtina edir, ya da ABŞ NATO-ya dəstəyini yenidən nəzərdən keçirir. Əgər bu düşüncə xətti məntiqi nəticəyə çatdırılsa, ABŞ-nin NATO-dan çıxdığını, indiki Avropa hökumətlərindən uzaqlaşdığını və əbədi olaraq Rusiyaya yaxınlaşdığını görmək olar".
KİV son olaraq əlavə edib ki, ABŞ-nin yeni milli təhlükəsizlik strategiyası bir çox avropalı məmuru hiddətləndirib.