AZ

"Transfer pəncərəsi”nin vaxtı açıqlandı

Futzal üzrə keçiriləcək Yüksək və Birinci liqalarda “qış transfer pəncərəsi”nin vaxtı müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti yayıb. 

İştirakçı komandalar transfer etdikləri oyunçuları bir ay ərzində - yanvarın 6-dan fevralın 6-sı, saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər. 

Qeyd edək ki, 4 dövrədən və 20 turdan ibarət olacaq Yüksək Liqada mövsüm 11 dekabrda keçiriləcək 10-cu turdan sonra yarılanacaq.

Seçilən
31
fanat.az

1Mənbələr