Bakı, 9 dekabr, AZƏRTAC
Süni intellekt bir çox xəstəliklərin, məsələn, Altsheymerin erkən mərhələdə aşkarlanmasına imkan verir. Bu kimi digər faydalı tətbiqlərə patent qurumları patent verməlidirlər.
AZƏRTAC xəbər verir ki, bunu Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyev “Süni intellekt və patentlər” mövzusunda beynəlxalq konfransdan əvvəl fikirlərini bölüşərkən söyləyib. O, Avrasiya Patent İdarəsinin Azərbaycanla bir çox layihələr reallaşdırdığını qeyd edib. Q.İvliyev bugünkü konfransda aparılacaq müzakirələr nəticəsində bir çox həllər tapılacağına, bütün bunların insanlara fayda verəcəyinə ümidvar olduğunu söyləyib. O, rəhbəri olduğu qurumun Azərbaycan ilə bir çox layihələr reallaşdırdığını qeyd edib və Əqli Mülkiyyət Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib.