AZ

ÜƏMT rəsmisi: Azərbaycanda süni intellekt ekosistemi hədəf deyil, artıq reallıqdır

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycanda müasir texnologiyanın özünə möhkəm yer tapıb.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Əqli mülkiyyət və qabaqcıl texnologiyalar departamentinin direktoru xanım Ulrike Till “Süni intellekt və patentlər” mövzusunda beynəlxalq konfransın açılışında söyləyib. O bildirib ki, Azərbaycanda süni intellekt ekosistemi hədəf deyil, artıq reallıqdır. Süni intellekt Azərbaycanda gündəlik fəaliyyətə daxil olub.

ÜƏMT, rəsmisi həmçinin süni intellektin əqli mülkiyyət üçün bir sıra çətin və mühüm suallar doğurduğunu, yəni bir modelin yaratdığı nəticənin sahibinin kimin olması ilə bağlı suallar yaratdığını söyləyib, konfransda aparılacaq müzakirələrin bu baxımdan aktual olduğunu bildirib.

Seçilən
49
azertag.az

1Mənbələr