“Artıq regionlarda regional aparıcı metodist komandası formalaşır. Bakı üzrə bu komandalar artıq formalaşıb. Amma hələ yolumuz var.”
Redaktor.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti
icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransda qeyd edib.
“Məktəb səviyyəsində metodistlər fəaliyyət göstərir. Artıq 400-ə yaxın məktəbə metodik dəstək verilməlidir. Metodistlər müəllimlərə birbaşa məktəbdə dəstək verirlər. Məhz məktəbin içində müəllimlərlə çalışıb öyrənən komanda mövcuddur. Ən vacib işlərindən biri qarşılıqlı öyrənmə mühitinin təşkilidir", - deyə o bildirdib.
Aytəkin TOFİQQIZI