“Son illərdə müasir metodik xidmətin qurulması xəbərlərini və müzakirələrini eşidirik. Bəzən sual yaranır: bu mexanizm necədir? Əvvəlkindən fərqi nədir?”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti
icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransda söyləyib.
“Yəqin ki, bir ölkənin inkişafı məhz həmin ölkənin insan kapitalı ilə birbaşa bağlıdır. Bu prioritet hədəfə çatmaq üçün ölkədə təhsilin kontekstində müasir metodik sistemin qurulması əsas olub. Nazirliyin qarşısına ölkə rəhbərliyi tərəfindən qoyulan əsas məsələlərdən biri də məhz bu mexanizmin qurulmasıdır.”
Aytəkin TOFİQQIZI