AZ

Psixoloq prokrastinasiyanın əsas səbəbini açıqladı– Məsələ tənbəllikdə deyil

İşləri təxirə salmaq çoxlarının gündəlik həyatında rast gəlinən haldır, lakin bu davranış hər zaman tənbəlliklə bağlı olmur. AzPost xəbər verir ki, “İzvestiya”ya danışan psixoloq Yekaterina Artyomenko bildirib ki, prokrastinasiyanın kökündə çox vaxt insanın öz daxilindəki ziddiyyət dayanır.

Mütəxəssis deyib ki, insanı məcburiyyət yolu ilə hərəkətə gətirmək çox vaxt nəticə vermir, çünki bu, şəxsin real psixoloji ehtiyaclarını nəzərə almayan mexanizmdir. Artyomenko vurğulayıb ki, geniş yayılmış “əgər istəsə, edər” fikri psixoloji proseslərin mürəkkəbliyini tam əks etdirmir.

Psixoloqun sözlərinə görə, insanın bir tərəfi dəyişiklik arzulayırsa, digər tərəfi uğursuzluq qorxusundan buna hazır olmaya bilər. Məhz bu daxili dartışma işin təxirə salınmasına gətirib çıxarır. Artyomenko əlavə edib ki, dəyişiklikdən və uğursuzluqdan qorxunun formalaşması çox vaxt uşaqlıq dövründə yaranır və sonradan böyüklük həyatında özünü göstərir.

Mütəxəssis hesab edir ki, prokrastinasiyanı anlamağın yolu insanın hisslərini qəbul etməsi və öz daxili ehtiyacları ilə dialoq yaratmasından keçir.

AzPost.az

Seçilən
9
azpost.info

1Mənbələr