AZ

ABŞ bütün Donbasın Rusiyaya verilməsini istəyir –Politico

ABŞ Ukraynadan bütün Donbası Rusiyaya verməsini istəyir.

AzPost bildirir ki, bu barədə “Politico”ya anonimlik şərti ilə yüksək vəzifəli bir Avropa rəsmisi bildirib. Nəşrin qeyd etdiyi kimi, Kiyev öz növbəsində istənilən sülh razılaşmasının mövcud cəbhə xətti boyunca hərbi əməliyyatların dondurulmasını əhatə etməsində israr edir.

Reuters-in məlumatına görə, Rusiya hazırda ilhaq edilmiş Krım da daxil olmaqla Ukrayna ərazisinin 19,2%-ni, bütün Luqansk bölgəsini, Donetsk bölgəsinin 80%-dən çoxunu, Xerson və Zaporojye bölgələrinin təxminən 75%-ni, eləcə də Xarkov, Sumı, Nikolayev və Dnepropetrovsk bölgələrinin bir hissəsini nəzarətdə saxlayır.

Ukrayna Prezidenti Vladimir Zelenski 8 dekabrda jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Ukraynanın öz ərazilərini Rusiyaya vermək üçün nə hüquqi, nə də mənəvi haqqı var.
“Eyni zamanda, ABŞ hər iki tərəfi qane edən bir kompromis tapmaq üçün çalışır”, – deyə Zelenski bildirib. Onun sözlərinə görə, sülh planından açıq-aşkar Ukraynanın tərəfdarı olmadığı məqamlar çıxarılıb.

AzPost.az

Seçilən
13
azpost.info

1Mənbələr