AZ

“Qalatasaray” və “Kayrat” növbəti oyununa çıxacaq –Çempionlar Liqası

Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsində VI tura start veriləcək.

İlk oyun günündə 9 görüş baş tutacaq.

Türkiyənin “Qalatasaray” komandası Fransada “Monako”nun qonağı olacaq.

İtaliya “İnter”i isə doğma meydanda İngiltərənin “Liverpul” kollektivi ilə üz-üzə gələcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VI tur

9 dekabr

19:30. “Kayrat” (Qazaxıstan) – “Olimpiakos” (Yunanıstan)

21:45. “Bavariya” (Almaniya) – “Sportinq” (Portuqaliya)

00:00. “Atalanta” (İtaliya) – “Çelsi” (İngiltərə)

00:00. “Barselona” (İspaniya) – “Ayntraxt” (Frankfurt, Almaniya)

00:00. “İnter” (İtaliya) – “Liverpul” (İngiltərə)

00:00. “Monako” (Fransa) – “Qalatasaray” (İtaliya)

00:00. PSV (Niderland) – “Atletiko” (İspaniya)

00:00. “Yunion” (Belçika) – “Marsel” (Fransa)

00:00. “Tottenhem” (İngiltərə) – “Slaviya” (Çexiya)

Qeyd edək ki, Çempionlar Liqasının liqa mərhələsində VI turun digər matçları dekabrın 10-da keçiriləcək.

AzPost.az

Seçilən
31
16
azpost.info

10Mənbələr