AZ

Tolik bahalıqdan danışmayan həmkarlarını qınadı Video

Yenisabah saytına istinadən ain.az xəbər verir.

Aparıcı Tarix Əliyev (Tolik) qiymət artımlarından gileylənib.

“Yeni Sabah” xəbər verir ki, o, aparıcısı olduğu verilişdə bahalıqdan söz açmayan həmkarlarına irad tutub:

“Niyə mən burada xalqın, dövlətin problemlərini işıqlandıra bilirəm, qiymət artımından danışa bilirəm, siz yox? Ətin kilosu 22 manatdır, qarğıdalı yağı da 7 manat olub. Şəkər tozu, qəndin qiymətlərindən danışın. Camaat qışda 200 manat qaz pulu, 100 manat da işıq pulu ödəyəcək. Niyə bunlardan danışmırsınız?

Məni qoyurlar, sizi yox?! Sizinki odur ki, ancaq camaatın ərindən, arvadından, oynaşından danışasız. Mən də danışıram, amma bundan da danışın”.

Aydan Hacı 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
2
yenisabah.az

3Mənbələr