AZ

NDU dan Həbibbəylinin güllələnən qohumu ilə bağlı REAKSİYA

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin baldızı oğlu Nicat Quliyev güllə yarasından həyatını itirib. Məlumata görə, mərhumun anası Naxçıvan Dövlət Universitetinin (NDU) dosenti və kafedra müdiri Mətanət Quliyevadır.

Globalinfo.az məlumatı dəqiqləşdirmək üçün NDU ilə əlaqə saxlayıb.

Universistetdən bu barədə hər hansı məlumatlarının olmadığını bildirilib:

“Bu barədə hər hansı fikir bildirmək mümkün deyil. Hazırda Mətanət xanımın işdə olub-olmaması və vəfat edən şəxsin onun oğlu olması ilə bağlı məlumatımız yoxdur. Ümumiyyətlə, digər şəxslərin şəxsi həyatına dair heç bir açıqlama verə bilmərik”.

Qeyd edək ki, Nicat Quliyev müəyyən müddət Naxçıvanda gömrük xidmətində işləyib. Həmçinin 2008-2011-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin İnkişafı Departamentində çalışıb. Mərhumun 37-38 yaşlarında olduğu deyilir. İlkin versiyaya görə, o özü həyatına son qoyub.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
globalinfo.az

1Mənbələr