Portalda təxminən 10 min nəfərin məlumatları yer alır. Hər bir şəxsin adı, soyadı, mənşə ölkəsi, tutulduğu yer və törətdiyi cinayət kateqoriyası qeyd olunub. Məlumatların əksəriyyəti fotoşəkillərlə də zənginləşdirilib. İstifadəçilər portalda 160-dan çox ölkə və ərazi üzrə axtarış edə bilərlər. Maraqlıdır ki, burada keçmiş Yuqoslaviya da ayrıca kateqoriya kimi göstərilib və bu dövlətin tərkibində olmuş müasir respublikaların məlumatları ayrıca təqdim olunur. Portalda həm Afrika, Cənubi Amerika, Asiya ölkələri, həm də Qərb və Şərqi Avropa ölkələrinin vətəndaşları barədə məlumatlar yer alıb.ABŞ prezidenti Donald Tramp əvvəllər bildirib ki, onun hakimiyyətə gəlməsindən əvvəl ölkəyə təxminən 25 milyon qanunsuz miqrant daxil olub. Tramp sərt immiqrasiya siyasətini müdafiə etmiş və Meksika sərhədində fövqəladə vəziyyət rejimi elan etmişdi. O, ABŞ tarixində ən geniş miqyaslı qanunsuz miqrantların deportasiyası əməliyyatını həyata keçirməyi planlaşdırırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31