Sonuncu dəfə Budapeşt Avropa İttifaqının Avropa Sülh Fondundan Ermənistana 20 milyon avro ayrılması qərarını bloklayıb.
"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu macarıstanlı siyasi ekspert Peter Kranits bildirib.
Onun sözlərinə görə, ölkəsinin xarici işlər naziri Peter Siyarto 2025-ci ilin mayında İrəvanda keçirilən konfransında bu faktı açıqlayıb.
Kranits bildirib: "Siyarto təkid edib ki, regionda tarazlığı saxlamaq üçün Azərbaycana da eyni miqdarda yardım ayrılmalıdır. Keçən dəfə bu, işə yaradı: minalardan təmizləmə üçün Ermənistana 10 milyon avro, Azərbaycana 10 milyon avro ayrıldı".
Telegram kanalımız