AZ

NİİM avtomobili yüksək sürətlə idarə edən sürücülərə çağırış etdi

Bakı. Trend:

Yolda məsuliyyət təhlükəsizliyin əsas şərtidir

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzinin sürücülərə müraciətində qeyd olunub.

Bildirilib ki, yol hərəkətinin təhlükəsizliyi təkcə qaydalarariayət etməklə deyil, bütün hərəkət iştirakçılarının qarşılıqlıməsuliyyət hissi ilə təmin olunur.

"Qaydalara əməl edən, keçidi gözləyən, yolun kənarında dayananvə düzgün davranış nümayiş etdirən piyadalar belə bəzənbaşqalarının diqqətsizliyinin təsiri ilə risklə üzləşəbilirlər.

Nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmə və ya yolakifayət qədər nəzarət etməmə nəticəsində baş verən qəzalar çox vaxtağır nəticələrə gətirib çıxarır. Belə hallarda piyadanın təhlükədənyayınması adətən mümkün olmur. Yalnız nadir məqamlarda çevikreaksiya və saniyələr içində verilən düzgün qərar insanın özünüqorumasına imkan yaradır.

Sürücüləri daha diqqətli və məsuliyyətli olmağa, piyadalarıqaydalara uyğun hərəkət etməyə çağırırıq.

Unutmayaq ki, yollarda təhlükəsizlik hər birimizin düşünülmüş vədoğru qərarlarından başlayır", - deyə müraciətdə bildirilib.

Seçilən
1
az.trend.az

1Mənbələr