AZ

Birmarket müştərini aylardır süründürür: təkrar qüsur, süni maneələr və cavabsız servis prosesi – ŞİKAYƏT

Hakimiyyet.az xəbər verir ki,

Birmarket tətbiqindən Xiomi redmi note 14 markalı telefon alan müştəri şirkətin satış sonrası xidmətinin “sun’i maneələr, uzanan yoxlamalar və nəticəsiz yönləndirmələrlə dolu” olduğunu bildirir. Onun sözlərinə görə, aldığı cihazda yaranan qüsur nə aradan qaldırılıb, nə də şirkət tərəfindən aydın cavab verilib.

Şikayətçi qeyd edir ki, 23 sentyabrda aldığı telefonda artıq 10 oktyabrda problem yaranıb — ikinci nömrə işləməyib. Lakin cihazı 30 oktyabrda Birmarket müştəridən 14 günlük servis adı ilə təhvil alıb, telefon ona yalnız 25 noyabrda “nasazlıq aşkar edilmədi” qeydi ilə geri qaytarılıb. Lakin müştəri cihazı götürən kimi eyni qüsurun yenidən təkrarlanmasını müşahidə edib.

İstifadəçinin sözlərinə görə, bundan sonra proses daha da dolaşıq hal alıb. Birmarket əvvəlcə məsələni "My shops' mağazasına yönəldib, mağaza isə məsuliyyəti servisin üzərinə atıb. Müştəri iddia edir ki, bu şəkildə konkret cavab verilmədi, əksinə, “prosedur” adı ilə müxtəlif izahlar təqdim olunaraq vaxt uzadıldı.

Daha diqqət çəkən məqam isə budur ki, mağazanın “yenidən baxılması üçün” yönləndirdiyi servis elə bir ay əvvəl “problem yoxdur” cavabını verən eyni servis mərkəzi olub. Buna baxmayaraq, telefon yenidən həmin servisə göndərilib və artıq dekabrın 9-u olmasına baxmayaraq, müştəri hələ də nəticə ala bilmədiyini deyir.

Şikayətçi bu vəziyyəti satışın operativ, lakin servis və xidmət mərhələsinin “tam əksinə, həddindən artıq ləng və qarışıq” olması ilə izah edir. O, ardıcıl gecikdirmələrin və yönləndirmələrin şirkətin müştəri məmnuniyyətinə ciddi xələl gətirdiyini qeyd edir.

Müştəri qeyd edib ki, tapdalanan müştəri hüququnun bərpası ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyinə şikayət edəcək.

Ekspertlər bildirirlər ki, məhsulda təkrar qüsur yaranması halında istehlakçı məhsulun dəyişdirilməsi və ya pulun geri qaytarılması hüququna malikdir və uzun müddət cavabsız saxlanılması qanunvericiliyə uyğun deyil.

Mövzunu diqqətimizdə saxlayacağıq

 

 

Seçilən
19
hakimiyyet.az

1Mənbələr