AZ

Slot: “Salahın belə danışması sürpriz oldu”

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

“Liverpul”un baş məşqçisi Arne Slot komandadan kənarlaşdırılan Məhəmməd Salah haqda danışıb.

Futbolpress.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis misirli hücumçu ilə münasibətindən söz açıb:

“Salahın şərhlərini eşitmək məni məyus etdi. Məşqlərdə çalışırdı, hər kəsə hörmət edirdi, lakin bir anda belə danışması sürpriz oldu. Onunla münasibətim pozulub? Mən tərəfdən problem yoxdur.

Hər futbolçu oynamaq istəyir. Ehtiyatda qalmaq emosiyalara təsir edə bilər. Bu, hər futbolçunun başına gəlir, nə ilkdir, nə sondur. Lakin düşünmədən edilən açıqlamalara yanaşmam eyni olaraq qalacaq. Salah qayıda bilər? Özündən asılıdır. İndiki halda qərarım aydındır: bir müddət bizimlə olmayacaq”.

Salah daha öncə ehtiyatda qaldığı üçün Slot və klub rəhbərliyini tənqid etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
89
29
futbolpress.az

10Mənbələr