AZ

İrəvan Bakının "3+3" görüşü üzrə təklifinə cavab verib

Bu sözləri Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan yerli jurnalistlərəaçıqlamasındadilə gətirib. O, rəsmi Bakının görüşə dair açıqlamasına cavab verib:

"Növbəti görüşün İrəvanda, yaxud Bakıda keçirilməsi planlaşdırılır. Qarşılıqlı surətdə məqbul həll yolu tapmaq üçün müzakirələr aparırıq. Müəyyən nəticəyə gəlsək, ictimaiyyətə məlumat verəcəyik".
Ceyhun Bayramov Əraqçi ilə görüşüb

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dünən iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında bu məsələyə toxunub. Onun sözlərinə görə, rəsmi Bakı "3+3" formatı çərçivəsində növbəti görüşün əvvəlcə Azərbaycanda, ardınca isə Ermənistanda keçirilməsi təklifinin irəli sürüldüyünü diqqətə çatdırıb:

"Təəssüf ki, İrəvan göstərilən ardıcıllıqla razılaşmadı".

"3+3" formatı regiondakı ölkələrlə (Azərbaycan, Ermənistan, Gürcüstan) Cənubi Qafqazı əhatələyən dövlətlər (Rusiya, Türkiyə, İran) arasında məsləhətləşmələr aparılması məqsədilə yaradılıb. Format üzrə indiyədək axırıncı görüş 2024-cü ilin oktyabrında Türkiyənin İstanbul şəhərində baş tutub.

Firudin Həmidli
AzVision.az
Seçilən
60
2
azvision.az

3Mənbələr