AZ

Məhəmməd Hacıyevdən xəbər var

Bakı Apellyasiya Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Məhəmməd Hacıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 2024-cü ilin avqust ayının 19-dan 24-dək olan müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Uşaq evi sosial xidmətlər müəssislərinin birində qeydə alınıb.


Belə ki, 2006-cı il təvəllüdlü Məhəmməd Hacıyev 2012-ci il təvəllüdlü, zərərçəkmiş Gülgün Kərimzadənin (adı, soyadı şərtidir) azyaşlı olmasına görə köməksiz vəziyyətindən istifadə edib. O, zərərçəkmişə qarşı zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edib. Məhəmməd Hacıyev qeyd edilən tarixlərdə ona qarşı hər gün, təkrarən seksual xarakterli zorakılıq hərəkətləri edib.


Hadisədən sonra Məhəmməd Hacıyev  saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 10 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


Qeyd: Məhəmməd Eldəniz oğlu Hacıyev valideyn himayəsindən məhrum olduğu və ögey qardaşı tərəfindən küçəyə atıldığı üçün 3 saylı Uşaq Evinə yerləşdirilib və orada böyüyüb.


O, 4-cü sinfə qədər Bakı şəhərindəki 29 saylı tam orta məktəbdə fərdi təhsil alıb. Valideynlərini itirdikdən sonra 4-cü sinfi bitirib, məktəbdən çıxıb və 3 saylı Uşaq Evinə yerləşdirilib. Orada qalan M.Hacıyev müəssisədəki təminatdan şikayət edib. Daha sonra o, Uşaq Evinin rəhbərliyinin müraciəti əsasında Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. Bir müddətdən sonra isə M.Hacıyev xəstəxanadan evə buraxılmışdı.


Kamal Məmmədov 

Tarix: 9 Dekabr 2025, 10:11   
Seçilən
65
pravda.az

1Mənbələr