AZ

Nikol Paşinyan Almaniyaya gedir: Ştaynmayer və Merzlə görüşəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 9-10-da Almaniya Federativ Respublikasına rəsmi səfər edəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədəki səhifəsində məlumat verib. 

Dekabrın 9-da Baş nazirin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Almaniya Federal Kansleri Fridrix Merz ilə görüşləri olacaq. 

Dekabrın 10-da Nikol Paşinyan Hamburqa gedəcək və orada şəhərin meri Piter Çençerlə görüşü nəzərdə tutulub. Baş nazir Hamburq Ticarət Palatasında yerli iş adamları ilə görüşəcək.

Aynur Babazadə
 

Seçilən
28
bakivaxti.az

1Mənbələr