AZ

Gözoxşayan "Oriental Fashin Show" dəfiləsi "Bakı Yaradıcı Həftəsi -2025"ə rəng qatıb (FOTO)

Bakı. Trend:

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”çərçivəsində Baкı Konqres Mərkəzində “Oriental Fashion Show“dəfiləsi keçirilib.

Trend xəbərverir ki, moda nümayişində 10 dizayner– Gülnar Xəlilova(Azərbaycan), Uventa (Azərbaycan), “Yoland Fashion House” (Oman),Hani Elbehayri Kutur (Hany Elbehairy Couture/Misir), NasimƏl-Əndəluz ( Naseem Alandalos/Bəhreyn), Vəfa İdrisi (Wafa Idrissi)və Meyson Fatim (Maison Fatim/Mərakeş), Maliq (Malique/Qazaxıstan), “Gowher Gouvernet” (Türkmənistan), “Art by Sofia”(Özbəkistan), Umed Kuçkaliyev (Umed Kuchkaliyev / Tacikistan)iştirak edib. Onlar Şərqin zəngin mədəni irsindən və bədiiənənələrindən ilhamlanaraq hazırlanmış geyim kolleksiyalarınıtəqdim ediblər.

Hər bir dizayner özünəməxsus yaradıcılıq üslubunu podiumdanümayiş etdirərək, əsrlik ənənələrin müasir incəsənət və modaprizmasından yenidən yoğrulduğu kolleksiyaları sərgiləyib. Birlikdəonlar Şərq yüksək modasının təkrarsız gözəlliyini və onun dünyasəhnəsində artan rolunu nümayiş etdirdilər. Bu axşam bir daha bizəmədəni əməkdaşlığın gücünü və Şərq dünyasının dəyişməz zərifliyinixatırlatdı.

Xatırladaq ki, 5–11 dekabr tarixlərində “Bakı YaradıcıHəftə”ində dövlət qurumlarının nümayəndələri, beynəlxalqtəşkilatlar və yaradıcılıq sənayelərinin liderləri də daxil olmaqla50-dən çox ölkədən 5 000-dən artıq iştirakçını qəbul edir. Onlarınhamısı bir məqsədlə – İƏT-ə üzv ölkələr arasında mədəni əməkdaşlığımöhkəmləndirmək və ortaq irsi uca tutmaq üçün bir araya gəlib.Azərbaycan beynəlxalq mədəniyyət arenasında artan rolunu vəregionda multikulturalizm, dialoq və əməkdaşlıq ənənələrinininkişafına verdiyi töhfəni bir daha nümayiş etdirir. Festivalgünlərində İƏT-ə üzv dövlətlərin mədəniyyət nazirlərinin yüksəksəviyyəli görüşü, müxtəlif forumlar və sərgilər, panelmüzakirələri, nümayişlər və kino, teatr, moda, dizayn, musiqi,rəqs, oyun texnologiyaları, animasiya, rəqəmsal yaradıcılıq vəstartaplara həsr olunmuş digər tədbirlər keçirilir ki, bütün bunlarölkəmizin kreativ sənayelər ekosisteminin qlobal miqyasdairəliləməsinə xidmət edəcək.

Gözoxşayan
Gözoxşayan
Gözoxşayan
Gözoxşayan
Gözoxşayan
Gözoxşayan
Gözoxşayan
Gözoxşayan
Gözoxşayan
Gözoxşayan
Gözoxşayan
Gözoxşayan
Gözoxşayan
Gözoxşayan
Gözoxşayan
Gözoxşayan
Gözoxşayan
Gözoxşayan
Məqalədə:
Seçilən
48
az.trend.az

1Mənbələr