Əsas heyətdə yerini itirərək son üç matçda ehtiyat oyunçular skamyasında oturmalı olan Məhəmməd Salah dilinin bəlasına düşüb.
Fanat.Az xəbər verir ki, misirli emosional müsahibə verərək Arne Slotu və klubu tənqid edib.
Nə qədər ulduz olsa da, “Liverpul” futbolçunun bu cür davranışına cavab vermək məcburiyyətində qalıb. Salah Çempionlar Liqasında "İnter"lə oyunun heyətindən kənarlaşdırılmaqla cəzalandırılıb. "Liverpul" İtaliyaya səfər edən futbolçuların siyahısını açıqlayıb. Salah bazar ertəsi məşq etsə də, siyahıda yoxdur.
"İnter" - "Liverpul" görüşü bu gün keçiriləcək və Bakı vaxtı ilə gecəyarısı (00:00) başlayacaq.