AZ

NYT: Rusiya və Ukrayna Trampın sülh planını faktiki olaraq rədd edib...

Hər iki tərəf Vaşinqtonun təklif etdiyi şərtləri qəbul etmir, Kiyev isə planın Moskvanın xeyrinə olduğunu düşünür…

Poliqon xəbər verir ki, The New York Times qəzetinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp administrasiyasının Ukrayna üzrə yenilənmiş sülh planı nə Moskva, nə də Kiyev tərəfindən dəstək qazanıb.

“Faktiki olaraq heç bir tərəf Tramp administrasiyasının planını dəstəkləmir”, deyə nəşr qeyd edir.

Ötən həftə Rusiya prezidenti Vladimir Putin Amerikanın təklifindəki bəzi maddələrin reallaşdırılmasının mümkün olmadığını bildirib. Ukrayna prezidenti Vladimir Zelenski isə sosial şəbəkədə yazaraq “sülh sazişinə nail olmaq üçün qətiyyətlə çalışacağını” vurğulayıb.

Nəşr xatırladır ki, Zelenski sülh planına dair mövqeyini formalaşdırarkən Avropa liderlərinə güvənir və onların Tramp ilə münasibətləri heç də sadə deyil.

ABŞ administrasiyası israr edir ki, Ukrayna Trampın yenilənmiş sülh planı çərçivəsində əhəmiyyətli ərazi güzəştlərinə razılaşmalıdır. Kiyev isə hesab edir ki, təklifin bir sıra elementləri Moskva üçün həddindən artıq sərfəlidir və Vaşinqtonun Ukraynaya göstərdiyi təzyiq Rusiyaya göstərilən tələblərlə müqayisədə qeyri-mütənasibdir.

Ukrayna rəsmilərinin qiymətləndirməsinə görə, bu, Avropa müttəfiqləri ilə məsləhətləşmələr tam başa çatmadan planın sürətlə yekunlaşmasına yönəlmiş cəhd təsiri bağışlayır. ABŞ rəsmiləri isə bu fikirləri təkzib edir və Vaşinqtonun eyni zamanda Rusiya prezidenti Vladimir Putinə də təzyiq göstərərək onun mövqeyinin yumşaldılmasına çalışdığını bildirirlər.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr