AZ

Korroziya qlobal təhlükəyə çevrilib və enerji keçidi yeni çağırışlar yaradır - SOCAR MGO

Bakı. Trend:

Korroziya artıq qlobal təhlükə səviyyəsinə yüksəlib və buproblem yalnız neft-qaz sənayesi ilə məhdudlaşmır.

Trend xəbərverir ki, bunu “SOCAR Midstream Gas Operations”un (SOCAR MGO)icraçı direktoru Polad Rüstəmov bu gün Bakıda keçirilən “AssetIntegrity & Corrosion and Coatings Conference” tədbirində çıxışızamanı bildirib.

Onun sözlərinə görə, əvvəllər infrastrukturun yenidən qurulmasıdaha asan idi, çünki resurslar bol idi və mövcud obyektləri təmiretmək əvəzinə yenilərini inşa etmək mümkün olurdu:

"Lakin bu gün aktivlərin bütövlüyünün idarə olunmasında əsashədəflərdən biri dayanıqlılığın təmin edilməsidirKonfransın ikinciparalel sessiyası örtüklər və korroziya mövzusuna həsr olunub və busahədə müzakirələr xüsusi əhəmiyyət daşıyır. Hazırda bir çox neftvə qaz şirkətləri enerji şirkətlərinə çevrilir. Lakin bu o deməkdeyil ki, neft və qazdan imtina edib, hidrogen kimi alternativenerji daşıyıcılarını boru kəmərlərinə ötürdükdə bütövlükproblemləri aradan qalxacaq. Əksinə, bəzi hallarda daha ciddiproblemlərlə üzləşə bilərik”.

İcraçı direktor bildirib ki, neft-qaz sənayesində müxtəlif növkorroziyalar ciddi iqtisadi itkilərə və ətraf mühitə zərərə səbəbolur. Bu baxımdan, korroziyanın qarşısını almaq üçün tətbiq edilənörtük sistemlərinin təkmilləşdirilməsi xüsusi önəm daşıyır.

Onun sözlərinə görə, yeni texnologiyaların inkişafı sənayenümayəndələrinin birgə fəaliyyəti olmadan mümkün deyil:

"Konfrans çərçivəsində keçirilən təqdimatlar müasir inspeksiyatexnologiyalarının təhlükəsizlik risklərini azaltdığını, yoxlamaproseslərini sürətləndirdiyini və daha operativ nəticələrin əldəedilməsinə imkan yaratdığını nümayiş etdirir".

P.Rüstəmov həmçinin süni intellekt mövzusuna da toxunaraqbildirib ki, neft-qaz sənayesində, xüsusilə aktivlərin bütövlüyününidarə olunması sahəsində biliklər əsasən şirkətlərin vəmütəxəssislərin daxilində cəmlənib:

“Şirkətlər süni intellekt alətləri hazırlayır, lakin sənayeolaraq bu bilik bazasını birlikdə formalaşdırmalıyıq. Əks halda,mövcud məlumatların həcmi və faydası məhdud qalacaq”.

"Enerji keçidi artıq reallıqdır və demək olar ki, bütün neft-qazşirkətləri portfellərinə yeni enerji mənbələri əlavə etməyəçalışır. Lakin bu proses metallar və digər materiallarla işləyənmütəxəssislər üçün yeni texniki və mühəndislik çağırışlarıyaradır", - icraçı direktor vurğulayıb.

Seçilən
38
1
az.trend.az

2Mənbələr