Azərbaycan Premyer Liqasında 14-cü tura bu gün yekun vurulacaq.
Publika.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
“Araz-Naxçıvan” “Kəpəz”i qəbul edəcək. “Sumqayıt” isə “İmişli” ilə qarşılaşacaq.
Daha öncə keçirilmiş “Zirə” – “Qarabağ” matçında (1:1) qalib müəyyənləşməyib, “Karvan-Yevlax” “Şamaxı”ya (0:3) uduzub, “Sabah” “Neftçi”yə (2:0) qalib gəlib. “Qəbələ” – “Turan Tovuz” oyunu isə dumanlı hava şəraitinə görə yarıda qalıb.
Azərbaycan Premyer Liqası, 14-cü tur
9 dekabr