Tovuz, 9 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda bədbəxt hadisə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb.
2022-ci il təvəllüdlü oğlan yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən hovuza düşərək boğulub ölüb. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.