AZ

Melanoma müalicəsi üçün peyvənd gələn il tətbiq olunacaq

ain.az bildirir, Dogru.az portalına istinadən.

Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib ki, ilk xəstələr gələn ilin əvvəlində melanoma xəstəliyinin müalicəsi üçün peyvənd ala biləcək.

Doğru.az xəbər verir ki, onun sözlərinə görə, Səhiyyə Nazirliyi artıq icazə verib və pasiyentlərin hazırlığı başlayıb: “Səhiyyə Nazirliyi icazə verib və xəstələr indi hazırlanır. Və ilk xəstələr, ümid edirəm ki, gələn ilin əvvəlində müalicə alacaqlar”, – deyə Muraşko RİA Novosti-yə bildirib.

Qeyd edək ki, noyabrın sonunda Rusiya Səhiyyə Nazirliyi melanomanın müalicəsi üçün mRNT texnologiyasına əsaslanan peyvəndin klinik praktikada istifadəsini təsdiqləyib.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
dogru.az

2Mənbələr