AZ

Maşınla qadını vuraraq öldürən sürücüyə şərti cəza verildi

Gəncə Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Namiq İsayevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Gəncə Şəhər Məhkəməsinin hökmü apellyasiya şikayətinə əsasən cəzaya aid hissdə dəyişdirilib. Həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə şərti hesab olunub.


İttihama görə, hadisə 2024-cü il saat 11:45 radələrində Gəncə şəhəri ərazisində qeydə alınıb.


Belə ki, Namiq İsayev ayıq vəziyyətdə, sürücülük hüququna malik olaraq idarə etdiyi “Daewoo Nexia” markalı avtomobillə Gəncə şəhəri Nəriman Nərimanov prospekti ilə Gülüstan qəsəbəsi istiqamətində hərəkətdə olub. Sürücü həmin ərazidə maksimum sürət həddinin 60 km/saat olmasına baxmayaraq, 50-60 km/saat sürətlə, Rüstəm Allahverdi oğlu və Vaqif Qəmərli küçələrinin kəsişmə hissəsindən keçərkən yol hərəkəti qaydalarının tələblərini pozub.


İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs diqqətsiz yanaşma və ehtiyatsızlıq nəticəsində lazımi təhlükəsizlik tədbirlərini yerinə yetirmədən avtomobilin qabaq sağ hissəsi ilə yolu soldan sağa keçmək istəyən piyada Ə.İsmayılovanı vurub. Ağır xəsarətlər alan zərərçəkmiş bir neçə gün sonra müalicə aldığı Gəncə şəhərində yerləşən xəstəxanaların birində vəfat edib.


Hadisədən sonra Namiq İsayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Kamal Məmmədov 

Tarix: 9 Dekabr 2025, 09:28   
Seçilən
111
pravda.az

1Mənbələr