Müəllif:Mehin Qasımova,Banco.az
China Eastern Airlines Şanxay–Buenos Ayres marşrutunu istifadəyə verərək dünyanın ən uzun kommersiya uçuşuna imza atıb.
Banco.az xəbər verir ki, təxminən 12.400 mil (20.000 km) məsafəni qət edən reys 29 saat davam edib.
Yeni marşrut dekabrın 4-də işə düşüb və iki günlük uzun səyahətlərə alternativ yaradır. Təyyarə ekipaj dəyişikliyi və yanacaq doldurmaq üçün Oklendə iki saatlıq qısa dayanış edir. İlk uçuşlar həm Şanxayda, həm də Buenos Ayresdə xüsusi tədbirlərlə qeyd olunub.
Şanxaydan uçuş 25 saat 55 dəqiqə, geri dönüş isə küləklərə görə 29 saat çəkir. Şirkət marşrutun Şərqi Asiya ilə Cənubi Amerika arasında hava əlaqəsini gücləndirəcəyini bildirir.
Bundan əvvəl ən uzun kommersiya reysi Singapore Airlines-ın Nyu-York–Sinqapur marşrutu idi (19 saat). Qantas isə 2027-ci ildə 22 saatlıq Sidney–London uçuşunu planlaşdırır.