AZ

İlk dəfə həmin vəzifəyə namizədlərin adını çəkdi

Ukrayna Prezidenti Volodimir Zelenski Andrey Yermakın işdən çıxarılmasından sonra ilk dəfə olaraq öz ofisinin rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb.

Bu barədə Ukrayna lideri Londonda Avropa İttifaqı liderləri ilə görüşdən sonra jurnalistlərə bildirib.

“Ofis rəhbərinə gəlincə, mən məsləhətləşmələr apardım. Variantlar var - müdafiə naziri Denis Şmıqal və ya Rəqəmsal Transformasiya Nazirliyinin rəhbəri Mixail Fedorov. Amma burada bir problem var, çünki şura onları təyin etməzdən əvvəl ilk növbədə vəzifələrindən kənarlaşdırmalıdır”, - Zelenski vurğulayıb. 

Xatırladaq ki, A. Yermak korrupsiya qalmaqalından sonra tutduğu vəzifədən istefa verib və Ukrayna lideri Volodimir Zelenski onun istefa ərizəsini qəbul edib. Daha sonra Xarkov vilayətinin Hərbi-mülki Administrasiyasının Daxili İşlər İdarəsi ona qarşı cinayət işi açıldığı barədə məlumat yayıb.

"Cebheinfo.az" 

Seçilən
7
2
cebheinfo.az

9Mənbələr