AZ

Axios: ABŞ Zelenskidən sülh planının şərtlərini qəbul etməsini tələb edir...

Vaşinqtonun təzyiqi artır, təklifdə ərazi güzəştləri də yer alır…

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Ukrayna lideri Vladimir Zelenskiyə təzyiq göstərərək onu Amerika sülh planının şərtlərini, o cümlədən ərazi güzəştlərini qəbul etməyə vadar etməyə çalışır. Bu barədə Axios ukraynalı rəsmilərə istinadən məlumat yayıb.

Axios portalının məlumatına görə, danışıqlar iki əsas məqam ətrafında cəmləşib. Rusiyanın bütün Donbas üzərində nəzarətin ona verilməsi tələbi və Ukraynanın ABŞ-dən hüquqi cəhətdən məcburi təhlükəsizlik təminatları barədə israrı danışıqların əsas problemidir.

Ukraynalı mənbələr iddia edir ki, 2 dekabrda Kremlin daxilində Trampın müşavirləri Stiv Uitkoff və Cared Kuşnerlə Vladimir Putin arasında keçirilən beş saatlıq görüşdən sonra ABŞ-nin təklifi daha sərtləşib və Kiyevə göstərilən təzyiq nəzərəçarpacaq dərəcədə artıb.

Amerikalı rəsmilər Axios-a bildiriblər ki, Vaşinqtonun məqsədi yalnız Kiyevi sıxışdırmaq deyil, ABŞ eyni zamanda Rusiyanın tələblərinin yumşaldılmasına da çalışır.

Ukraynalı mənbənin iddiasına görə, 6 dekabrda telefon danışığı zamanı ABŞ tərəfi Zelenskidən dərhal razılıq gözləyib. Lakin Ukrayna prezidenti bildirib ki, sənədi söhbətdən cəmi bir saat əvvəl alıb və onunla tanış olmağa vaxtı olmayıb.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr