AZ

Rauf Zeyni: "Yekun sülh sazişinin imzalanmasına ümidlər artır"

Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında Ermənistan - Azərbaycan arasında sülh prosesinin yeni mərhələyə qədəm qoyduğunu bildirib.

QHT sədrinin sözlərinə görə, sülh sazişi paraflandıqdan sonra avqustun 8-də Vaşinqtonda keçirilən görüş Ermənistan - Azərbaycan münasibətlərində sülhə doğru atılan mühüm addımlardan biridir. Hazırda bu istiqamətdə intensiv görüşlər və müvafiq tədbirlər həyata keçirilir ki, yaxın zamanda iki ölkə arasında yekun sülh sazişi imzalansın:

""Sülh sazişi paraflandıqdan sonra avqustun səkkizində Vaşinqton görüşündə Ermənistan–Azərbaycan münasibətlərində sülhə doğru addımlar atılmaqdadır. Müəyyən görüşlər, müvafiq tədbirlər görülür ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalansın və bu fonda, əlbəttə ki, ümidlər artır ki, sülh sazişi imzalanacaq və bununla da Ermənistan–Azərbaycan arasında birdəfəlik sülh sazişi, Qərbi azərbaycanlıların Ermənistana köçürülməsi məsələsi öz həllini tapacaq. Təbii ki, təhlükəsiz və ləyaqətli köç öz həllini tapacaq".

Rauf Zeyni həmçinin bildirib ki, bununla əlaqədar olaraq qeyri-hökumət təşkilatları, xüsusilə Qərbi Azərbaycan İcması tərəfindən müvafiq tədbirlər görülür və bu tədbirlər çərçivəsində həm Qərbi Azərbaycan İcmasının üzvlərinin öz dədə-baba yurdlarına köçürülməsi, beynəlxalq təşkilatlar tərəfindən, müvafiq ölkələr tərəfindən bu ləyaqətli və təhlükəsiz köçün təmin olunmasına zəmanət verilməsi, müvafiq ölkələrin bu köçə dəstək verməsi nəzərdə tutulur:

Ardı var...

 

Pərvanə Fərhadqızı

Seçilən
17
qht.az

1Mənbələr