AZ

Yaponiya hökuməti mümkün meqa zəlzələ ilə bağlı xəbərdarlıq edib

Yaponiyanın Meteorologiya Agentliyi bugünkü zəlzələdən sonra meqazəlzələ xəbərdarlığı edib.

QHT.az xəbər verir ki, Meqa-zəlzələ Yaponiyanın Sakit okean sahillərində Hokkaydodan Çiba prefekturasına qədər sunamiyə səbəb ola bilər. Sakit okean sahillərində yerləşən bu ərazilərin sakinləri evakuasiya ilə bağlı xəbərdarlıqlar verilməsə də, gələn həftə ayıq-sayıq qalmalıdırlar.

Bu, bu xəbərdarlıq kateqoriyası 2022-ci ildə tətbiq olunduqdan sonra ilk xəbərdarlıqdır. Nazirlər Kabinetinin fəlakətlərə hazırlıq üzrə məsul vəzifəli Morikubo Tsukasa, Yaponiya xəndəyi və Hokkaydo sahillərindəki Çişima çökəkliyi boyunca 8,0 bal gücündə irimiqyaslı zəlzələnin baş verməsi ehtimalının olduğunu söylədi.

 

R.İmanov

Seçilən
68
qht.az

1Mənbələr