AZ

Yaponiya Ukraynaya dəstək üçün Rusiya aktivlərindən istifadə planını rədd edib

Tokionun etirazı Brüsselin qlobal dəstək ümidlərini sarsıdıb…

Yaponiya Avropa İttifaqının dondurulmuş Rusiya dövlət aktivlərindən istifadə etməklə Ukraynaya kredit verilməsi planına qoşulmaq barədə təklifini rədd edib.

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri öz mənbələrinə istinadla məlumat yayıb. Yaponiyada hazırda dəyəri təxminən 30 milyard dollar olan Rusiya aktivləri bloklanmış vəziyyətdədir.

Mənbələrin bildirdiyinə görə, G7 maliyyə nazirlərinin bazar ertəsi keçirilən görüşündə Tokio nümayəndəsi Brüsselin planı qəbul etmək barədə xahişinə kəskin şəkildə etiraz edib. Söhbət Aİ-nin Rusiya suveren aktivlərinin pul ekvivalentini Ukraynaya yönləndirməsi strategiyasından gedir.

Avropa İttifaqı digər beynəlxalq tərəfdaşlarının da bu maliyyələşdirmə modelini təkrarlamasını istəyir. Lakin Yaponiyanın imtinası Brüsselin təşəbbüs ətrafında qlobal konsensus yaratmaq ümidlərinə ciddi zərbə vurub.

Avropa Komissiyası 18–19 dekabr tarixlərində keçiriləcək Aİ sammitində Rusiya aktivlərindən 210 milyard avronun mənimsənilməsi ilə bağlı qərar qəbul olunacağına ümid edir. Bu məbləğin ən böyük hissəsi, 185 milyard avro Belçikadakı Euroclear depozitarında dondurulmuş aktivlərdir.

Poliqon.info

Seçilən
26
poliqon.info

1Mənbələr