Ukraynaya qarşı Rusiyanın müharibəsi nə qədər çox davam etsə, bu, Moskvaya bir o qədər baha başa gələcək.
Publika.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib.
Onun Londonda "istəklilər koalisiyası"nın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünün yekunlarına dair bəyanatında deyilir:
"Putinin insan itkisinə səbəb olan və Ukraynanın infrastrukturunu dağıdan müharibəni davam etdirməsi Rusiyaya baha başa gələcək".